Azərbaycanda ŞOK OĞURLUQ: “Milliön” ödəmə aparatını apardılar

31-01-2015, 12:01   
Azərbaycanda ŞOK OĞURLUQ: “Milliön” ödəmə aparatını apardılar

Faktla bağlı araşdırma gedir

Bu gün səhər saatlarında Xudat şəhərində oğurluq faktı qeydə alınıb.

APA-nın şimal bürosunun verdiyi məlumata görə, Heydər Əliyev küçəsində yerləşən, Xudat şəhər sakini, 1953-cü il təvəllüdlü Abdullayev Nəriman Mustafa oğluna məxsus mağazadan içərisindən 2000 manat olan "Milliön" ödəmə aparatı oğurlanıb.

Mağaza sahibinin sözlərinə görə, oğrular mağazaya girərkən müşahidə kamerasına düşməmək üçün işıqları söndürüb, mağazanın arxa tərəfindən içəri daxil olublar. Onlar həmçinin mağazadan xeyli miqdarda siqaret və araq da aparıblar.

Hadisə yerinə Xaçmaz rayon Polis Şöbəsinin istintaq və təhqiqat bölməsinin əməkdaşları cəlb olunub.

Faktla bağlı araşdırmalar davam etdirilir.
Facebook-da paylaş
Digər xəbərlər
Xəbərlər
Bütün xəbərlər
Ən çox oxunanlar

  • © 2020 Müəllif hüquqları qorunur.
  • Anaxeber.info-ın məlumatlarından istifadə etdikdə istinad və müvafiq keçidin qoyulması mütləqdir.