Ötən ay ABŞ Prezidenti Barak Obamanı meymuna bənzədən Şimali Koreya lideri Kim Çen In bu dəfə Ağ Ev rəhəbrinə “Hürən quduz it” deyib.
Axar.az xəbər verir ki, diktator, "Hürən quduz itlərə qarşı başıboş şəkildə gözləməyəcəyik", - deyərək növbəti dəfə ABŞ-a mesaj göndərib.
Obamanın Pyonqyanq rejiminin çökəcəyi ilə bağlı dediyi sözlərə cavab olaraq danışan Kim hər cür döyüşə hazır olduğunu bildirib:
“Şimali Koreya şərti silahlarla, nüvə silahları ilə hər cür döyüşə hazırdır".
Xatırladaq ki, Obama ötən həftə Ağ Evdə verdiyi açıqlamada Şimali Koreya rejiminin daha çox təcrid edilərək çökəcəyini demişdi.