Mühafizə polisinin 21 yaşlı mülki əməkdaşı özünü asdı

31-01-2015, 17:03   
Mühafizə polisinin 21 yaşlı mülki əməkdaşı özünü asdı
Bu gün Neftçalada intihar hadisəsi baş verib. DİN Neftçala rayon mühafizə bölməsinin 21 yaşlı mülki əməkdaşı Rzayev Səxavət Bakir oğlu özünü asıb.

Virtualaz.org saytının Şirvan bürosunun müxbiri xəbər verir ki, intihar hadisəsi yanvarın 31-nə keçən gecə saat 03 radələrində Neftçala şəhərində baş verib. Neftçala şəhər sakini, 1994-cü il təvəllüdlü Səxavət Bakir oğlu Rzayevin həyətlərindəki tut ağacından asılmış meyiti ailə üzvləri tərəfindən aşkarlanıb. Mərhum bu gün Neftçalada dəfn olunub.

Səxavət Rzayev Neftçala rayon mühafizə bölməsinin mülki əməkdaşı olub. O, mülki mühafizədə cəmi 5-6 ay imiş ki, qulluq edirmiş.

Yaxınlarının dediyinə görə, S.Rzayevin nə işdə, nə də evdə hər hansı problemi olmayıb. 21 yaşlı gənc heç nədən şikayət etmirmiş, heç bir sıxıntısı yox imiş. Digər bir məlumata görə isə onun kiməsə borcu varmış.

Virtualaz.org saytının intihar faktı ilə bağlı sorğusuna Neftçala Rayon Polis Şöbəsinin növbətçi hissəsindən ətraflı məlumat vermək istəmədilər. Yalnız onu bildirdilər ki, bu faktla rayon prokurorluğu məşğul olur.

Virtualaz.org
Facebook-da paylaş
Digər xəbərlər
Xəbərlər
Bütün xəbərlər
Ən çox oxunanlar

  • © 2020 Müəllif hüquqları qorunur.
  • Anaxeber.info-ın məlumatlarından istifadə etdikdə istinad və müvafiq keçidin qoyulması mütləqdir.