Ukrayna ordusu Debaltsevodan çıxmaq üçün əməliyyata başlayıb
Debaltsevo şəhərində mühasirəyə düşmüş Ukrayna ordusunun əsgərləri həlqəni yarmağa çalışırlar.
ANS PRESS-in məlumatına görə, bu barədə "Donetsk Xalq Respublikası"nın rəhbərinin müavini Aleksandr Basurin məlumat verib.
Qeyd edək ki, bir qədər əvvəl "DXR"in rəhbəri Aleksandr Zaxarçenko Debaltsevoda Ukrayna hərbçilərinin mühasirəyə düşdüklərini və onlara həyatlarını saxlamaq müqabilində təslim olmaq təklif edildiyini bildirilmişdi. Mühasirədə 10 min Ukrayna hərbçisinin olduğu bildirilir. Separtçılar bir neçə gündür ki, orduya qarşı böyük əməliyyara başlayıblar.
Onlar şəhərdə olan qoşunun məhv edilməsi ilə Qorlovka, Yenakievo, Alçevsk, Staxanov şəhərlərini zərbədən qorumaq fikrindədirlər.
Mənbə
ANS PRESS