İtalyanın yeni prezident - Mattarella

31-01-2015, 18:12   
İtalyanın yeni prezident - Mattarella
İtaliyada Böyük Seçici Məclisdə keçirilən president seçkilərinin dördüncü turunda Serxio Mattarella ölkənin yeni prezident seçilib.

Axar.az xəbər verir ki, iki həftə əvvəl istefa verən 11-ci prezident Giorgio Napolitanonun xələfini müəyyən etmək üçün son iki gündə keçirilən səsvermə öz gərginliyi ilə seçilib.

Sonda 1900 üzvü olan məclisdə iqtidarın böyük ortağı Demokrat Partiyasının namizəd göstərdiyi Konstitusiya Məhkəməsinin hakimi və keçmiş nazir Serxio Mattarella 665 səs alıb.

Bu gün Nümayəndələr Məclisinin başçısı Laura Boldrini səsvermədən dərhal sonra 73 yaşlı Mattarellanın İtalyanın 12-ci prezident seçildiyini rəsmən açıqlayıb.

Yeni prezidentin gələn həftə Böyük Seçici Məclisində and içərək vəzifəsinə başlayacağı gözlənilir.

Bildirək ki, Serxio Mattarella əslən ölkənin cənubundakı Siciliya adasındandır. 1941-ci ildə Palermoda dünyaya gələn Mattarella hüquq təhsili aldıqdan sonra ailə ənənəsinin Xristian Demokrat olması səbəbiylə bu qanaddan siyasi fəaliyyətə başlayıb.

1983-2008 illəri arasında Xristian Demokratların millət vəkili olan Mattarella 1987-1989 dövründə Parlamentlər ilə Əlaqələr Naziri, 1989-1990-cu illərdə Təhsil Naziri, 1998-1999-cu illərdə Baş nazirin müavini, 1999-2001-ci illərdə isə Müdafiə Naziri olub.

Mattarella 2011-ci ildən bəri Konstitusiya Məhkəməsinin hakimi çalışırdı.
Facebook-da paylaş
Digər xəbərlər
Xəbərlər
Bütün xəbərlər
Ən çox oxunanlar

  • © 2020 Müəllif hüquqları qorunur.
  • Anaxeber.info-ın məlumatlarından istifadə etdikdə istinad və müvafiq keçidin qoyulması mütləqdir.