Bakıda sevgilisi ilə dalaşan qadın zəhər içdi

1-02-2015, 15:54   
Bakıda sevgilisi ilə dalaşan qadın zəhər içdi
Bakıda 28 yaşlı qadın intihara cəhd edib.

Lent.az-ın verdiyi məlumata görə, Əhəd Yaqubov küçəsində yaşayan 1987-ci il təvəllüdlü Məmmədova Fidan Firudin qızı (bütün ad və soyadlar şərtidir) qeyri-rəsmi nikah münasibətində olduğu 1989-cu il təvəllüdlü Əliyev Toğrul Vasif oğlu ilə dalaşdıqdan sonra zəhərli məhlul içib.

28 yaşlı qadın gecə saat 04 radələrində 3 saylı təcili tibbi yardım stansiyasına gətirilib. Lakin həkimlərin israrına baxmayaraq o, müayinə olunmaqdan və xəstəxanaya getməkdən imtina edib.

İntihara cəhd edən F.Məmmədsova ilkin tibbi yardım göstərildikdən sonra təcili yardım stansiyasından uzaqlaşıb.

Faktla bağlı araşdırma aparılır.
Facebook-da paylaş
Digər xəbərlər
Xəbərlər
Bütün xəbərlər
Ən çox oxunanlar

  • © 2020 Müəllif hüquqları qorunur.
  • Anaxeber.info-ın məlumatlarından istifadə etdikdə istinad və müvafiq keçidin qoyulması mütləqdir.