Bakı sakini külli miqdarda pulunun mənimsənilməsi ilə bağlı polisə müraciət edib.
“Qafqazinfo”nun Lent.az-a istinadən verdiyi məlumata görə, Nərimanov rayon sakini, 1961-ci il təvəllüdlü Məmmədov Haqverdi Məhəmməd oğlu şikayət ərizəsi yazaraq bildirib ki, 2014-cü ilin 21 oktyabr tarixində tanışı Namiq adlı şəxsə 70 min dollar verib. Şikayətçi qeyd edib ki, tanışı ilə G.Əliyev küçəsi 8 ünvanının qarşısında görüşüb və Türkiyədən Azərbaycana satış məqsədi ilə meyvə gətirmək üçün ona külli miqdarda pul verib. Lakin qarşı tərəf vədinə əməl etməyib və vəsaiti mənimsəyib.
Faktla bağlı araşdırmalar aparılır.