İcra başçısı Tahir Kərimovla biznes və dostluq munasibətləri olan Hacı Qurban Abbasov iş adamı Azər Ağayevi həzm edə bilmir.
İki gün öncə, “Samir şirkəti” Məhdud Məsuliyyətli Cəmiyyətinin (MMC) rəhbəri, iş adamı Azər Ağayev “Salyan Oil Ltd” şirkətinin bir qrup əməkdaşının etiraz aksiyasının keçirməsini təşkil etməsi barədə məlumat vermişdik.
Məlumatda qeyd olunurdu ki, iş adamının Salyan rayon icra başçısı Tahir Kərimovla problemləri var. Daha doğrusu Tahir Kərimov iş adamının bizneslə məşğul olmasının qarşısını alır.
Bizimxeber.az-a daxil olan məlumata görə, sən demə icra başçısının iş adamına qarşı çıxmasının özəl səbəbləri var. Belə ki, iş adamına edilən təzyiqlərin arxasında Salyanda başqa bir iş adamı kimi tanınan, oğlunun 24 ag rənğli “Gelandewagen”lə toy qalmaqalında adı çəkilən Hacı Qurban Abbasov dayanır.
İcra başçısı Tahir Kərimovla biznes və dostluq munasibətləri olan Hacı Qurban Abbasov iş adamı Azər Ağayevi həzm edə bilmir. Üstəılik “Salyan Oil Ltd” şirkətinin bütün fəhlə və işçi kontingentini özünə məxsus avtobuslarla daşıyan Qurban Abbasovun Şirkıtin rəhbərliyi ilə də sıx əlaqələri var. Bir sözlə “Salyan Oil Ltd” şirkəti Hacı Qurban Abbasovun yaxın adamları tərəfindən idarə olunduğu üçün onun sözü daha keçərlidir.
Bizimxeber.az-a daxil olan məlumatda qeyd olunur ki, Hacı Qurban sözügedən Kərimbəyli kəndindəki torpaqların əksəriyyətini özəlləşdirib. ilə icra başçısı arasında yaranan məlum qalmaqallı torpaq da məhz Hacı Qurban Abbasovun gözü var.
Məlumat üçün bilridək ki, “Samir şirkəti” Məhdud Məsuliyyətli Cəmiyyətinin (MMC) rəhbəri, iş adamı Azər Ağayev əslən Salyandan olan keçmiş hərbi komissar, Salyanın keçmiş icra başçısı, millət vəkili Əliağa Hüseynovun yaxın adamı kimi tanınır. Belə çıxır ki, icra başçısı Takir Kərimovun məlum qalmaqalı iş adamı Azər Ağayevlə deyil, Əliağa Hüseynovladır.
Qarşı tərəflərin mövqeyini işıqlandırmağa hazırıq.
Yenilik.Az: