2,8 ton heroini Azərbaycandan necə "keçiriblər"? - RƏSMİ AÇIQLAMA

1-02-2015, 17:11   
2,8 ton heroini Azərbaycandan necə "keçiriblər"? - RƏSMİ AÇIQLAMA
Böyük partiya narkotik daşıyan yük maşını Azərbaycanın ərazisindən Gürcüstana keçməyib.
Trend xəbər verir ki, bunu Azərbaycanın dövlət gömrük komitəsinin istintaq idarəsinin rəhbəri Ülvi Zülfüqarov "AzTv" telekanalının efirində bildirib.

O qeyd etdi ki, 2014-cü ilin iyulunda Gürcüstan Daxili İşlər Nazirliyi guya Azərbaycandan Gürcüstanın ərazisinə keçən 2,8 ton maye heroin ilə yük maşınının tutulması haqqında informasiyanı yayıb.
"Dövlət gömrük komitəsinin təşəbbüsü ilə keçirilmiş təhqiqatlar nəticəsində təyin edilib ki, narkotiklərlə dolu nəqliyyat vasitəsi Azərbaycanın ərazisindən Gürcüstana keçməyib. Gürcüstana aid olan yük maşını ötən ilin iyulun 11-də "Batumi" iqtisadi zonasının gömrük rəsmiləşdirməsində saxlanılıb", - Zülfüqarov bildirib.

Onun sözlərinə görə, maşındakı yük Gürcüstanda çalışan türk şirkətinə aid idi və Moldovaya göndərilməsi nəzərdə tutulurdu.
"İş üzrə iki Gürcüstan vətəndaşı saxlamışdılar: yük maşınını idarə edən Quram Sesxladze və Yevgeni Qorqadze, həmçinin sifarişçi şirkətin rəhbəri Türkiyə vətəndaşı Şefik. İstintaq nəticəsində məlum olub ki, Quram Sesxladze və Şefik Semizoğlu heç vaxt Azərbaycanın sərhədini keçməyiblər. Bu halda üçüncü şübhəli şəxs Yevgeni Qorqadze bundan bir az əvvəl Azərbaycanın ərazisində olub", - Zülfüqarov qeyd edib.

O qeyd etdi ki, bu fakt üzrə araşdırma aparılıb.
"Nəticədə aşkar edilib ki, Qorqadze ötən ilin iyunun 24-də Azərbaycanın ərazisinə "Astara" gömrük postu vasitəsilə İran tərəfindən türk nömrələriylə "Mercedes Benz" markasının maşınını idarə edərək keçib. Maye sabundan ibarət olmuş yükün bir hissəsi Azərbaycanda boşaldılması üçün nəzərdə tutulurdu, digər hissəsi - Gürcüstanda", - Zülfüqarov bildrib.
Onun sözlərinə görə, yük maşınının marşrutuna görə nəqliyyat vasitəsinə və yükə şübhəli statusu verilmişdi.

"Bakıda yük maşınının tam yoxlanılması nəticəsində heç bir qanun pozuntusu aşkar edilməyib. Bundan başqa, Gürcüstanda maye heroin partiyasının tutulmasından sonra boşaldılmış malın ekspertizası keçirilmişdi, ki, o da, həmçinin heç bir nəticə verməyib", - Zülfüqarov qeyd edib.

Onun sözlərinə görə, iyunun 29-da yüklü maşın Tovuz rayonunda "Sınıq Körpü" gömrük postuna çatıb.
"Qeyd edim ki, yük maşını Azərbaycanın ərazisinə giriş vaxtından getməsinə qədər Azərbaycanın gömrük orqanlarının tərəfindən tam nəzarət altında idi. Bundan başqa, sərhədi keçməsi zamanı Gürcüstan gömrüyü yükə baxış keçirib və həmçinin qanun pozuntusu aşkar edilməyilib, - Zülfüqarov bildirib.

Onun sözlərinə görə, yalnız bir həftə bundan sonra Qorqadze tərəfindən idarə olunan başqa nəqliyyat vasitəsi gömrük orqanları tərəfindən saxlanılıb.
"Gürcü nömrələriylə "DAF" markalı yük maşınında maye heroinin böyük partiyası aşkar edilmişdi. Beləliklə, Azərbaycandan keçmiş maşın və Batumidə saxlanmış nəqliyyat vasitəsi müxtəlif nəqliyyat vasitələridir. Yəni narkotik vasitələrlə yüklənmiş maşının Azərbaycanın ərazisi vasitəsilə keçməsi demək - əsassızdır", - istintaq idarəsinin rəhbəri əlavə edib.

Milli.Az
Facebook-da paylaş
Digər xəbərlər
Xəbərlər
Bütün xəbərlər
Ən çox oxunanlar

  • © 2020 Müəllif hüquqları qorunur.
  • Anaxeber.info-ın məlumatlarından istifadə etdikdə istinad və müvafiq keçidin qoyulması mütləqdir.