Rusiya hərbi təyyarəsi Türkiyəyə həyəcanlı anlar yaşadıb
Rusiya Hərbi Hava Qüvvələrinə məxsus İL-20 təyyarəsi Türkiyə hava məkanına yaxınlaşıb.
ANS PRESS-in məlumatına görə, bu barədə Türkiyə Baş Qərargahı açıqlama yayıb.
Açıqlamada bildirilir ki, Türkiyə hava məkanına yaxınlaşan Rusiya hərbi təyyarəsinin qarşısını almaq üçün Türkiyə Hərbi Hava Qüvvələri iki F-16 qırıcısını havaya qaldırıb.
Qırıcılar hərbi təyyarənin Türkiyə ərazisinə keçməyə imkan verməyib. Rusiya hərbi təyyarəsi Qara dəniz sahili boyunca uçduqdan sonra ərazidən uzaqlaşıb. Bu müddət ərzində Türk qırıcıları İL-20-nin Türkiyə hava məkanına girməsinə imkan verməyiblər.
Mənbə
ANS PRESS