“Bir də hiss etdim ki, özüm də yaralanmışam“
3 yaşlı oğlan atasını və hamilə anasını Nyu Meksikadakı motel otaqlarından birində güllələyib.
Hadisə bazar günü günorta saatlarında baş verib.
Polis idarəsi bəyanatında deyib ki, uşaq anasının çantasında olan tapançanı götürüb və yerləşdikləri “America's Best Value Inn” motelində onlara atəş açıb. Güllə atasının yanından dəyib və budundan çıxıb. Anası isə çiynindən yaralanıb.
Maraqlıdır ki, ana hamiləliyin 8-ci ayını keçirir. Hazırda o, xəstəxanada olsa da, vəziyyəti stabil hesab olunur. Ata isə artıq xəstəxanadan evə buraxılıb.
Castin Reynolds deyib ki, o, və onun həyat yoldaşı Monique Villeskas pitsa sifariş verməyə hazırlaşırmışlar:
“Birdən atəş səsləri eşitdik. Sonra mən gördüm ki, həyat yoldaşımı qan aparıb. Sonra başa düşdüm ki, mən də güllə yarası almışam” - deyə uşağın atası “NBC News”a açıqlamasında bildirib.
Onlar dərhal polisə zəng vurublar. Castin Reynolds qız dostunun qanaxmasını saxlamaq üçün ona ilkin tibbi yardım göstərib.
“Mən özümdən daha çox həyat yoldaşıma görə narahat idim. Bizə atəş açan oğluma görə də məyus olmuşdum. Düşünürdüm ki, uşaq əgər özünə atəş açsaydı, nələr ola bilərdi? Oğlum isə şok yaşayırdı. O, dayanmadan bağırırdı. Əlbəttə, bu, onun psixi durumuna böyük zərbə oldu". - deyə ata Castin Reynolds vurğulayıb.
Moteldə olan 2 yaşlı qızı isə özünü çox yaxşı aparıb. Xoşbəxtlikdən 2 yaşlı qızcığaz hadisədən heç bir yara almadan qurtulub.
Polis bildirir ki, atəş açan oğlan və 2 yaşlı qız 48 saat ərzində tibbi nəzarət altinda saxlanılacaq. Faktla bağlı istintaq araşdırmaları davam edir.
[media=https://www.youtube.com/watch?v=i_32kX5w0TA]