"Qurman" kafesində iki nəfəri öldürməkdə şübhəli bilinənlər 3 nəfərdirlər
Ötən gecə Rusiyanın Sankt peterburq şəhərində azərbaycanlıları güllələnlər saxlanılıblar. ANS PRESS-in məlumatına görə, bu barədə "Tass" agentliyi məlumat yayıb.
Hüquq mühafizə orqanlarından verilən məlumata görə, əməliyyataçılar bütün gecə ərzində çalışıblar. Bu gün saat 05:00-da hadisəni törətməkdə şübhəli bilinənlər saxlanılıblar. Onlar 3 nəfər olublar. Onlar hadisə yerində olublar. Amma hər birinin rolu müəyyən ediləcək".
ANS PRESS-in məlumatına görə, atışma Sankt Peterburq şəhərində "Qurman" restoranında fevralın 1-i gecə saat 4 radələrində baş verib. Kafenin sahibi Nazim Səmədovla milliyyətcə erməni olan Gürcüstan vətəndaşı arasında mübahisə yaşanıb. Erməni müştəri xidmət səviyyəsindən narazı qalaraq kafenin sahibinə qarşı silah işlədib. Nəticədə iki nəfər güllələnib. Bunlar Gürcüstanın Marneuli rayonunun sakini 29 yaşlı Vüsal Əfəndiyev və kafenin 46 yaşlı direktoru, Gürcüstan vətəndaşı Nazim Səmədov olub. Vüsal hadlisə yerində keçinib, Nazim isə xəstəxanada dünyasını dəyişib.
Mənbə
ANS PRESS