Danimarkanın dövlət televiziyası DR 3-də yayımlanan “Klædt af” (“Soyun”) adlı verilişə qatılan gənclər çılpaq yarışırlar. Onlar küçəyə, alış-verişə, işə çılpaq gedirlər.
Axşam.az xarici mediaya istinadən xəbər verir ki, proqramın formatına görə gənclər evlərində mebel, telefon, TV, radio, kompüter, planşet, geyim, qab-qacaq kimi şeylər saxlaya bilməzlər.
İştirakçıların evində sadəcə tualet kağızı var və onları gündə bir dəfə evlərinə yaxın yerləşən konteynerin içindəki əşyalardan sadəcə birini götürə bilərlər. Onun içindənki əşyaların hamısını götürdükdə isə veriliş bitmiş sayılacaq.
Verilişdən çəkilmiş fotoları təqdim edirik.