Prezident yolda qalan vətəndaşı maşınına mindirdi - (Foto)

2-02-2015, 19:45   
Prezident yolda qalan vətəndaşı maşınına mindirdi - (Foto)
Dünyanın ən sadə və ən kasıb prezidenti kimi tanınan Xose Muxika yolda qalan vətəndaşı maşınına mindirərək gedəcəyi yerə qədər aparıb.

Virtualaz.org saytı xəbər verir ki, Uruqvay prezidenti piyada işə gedən Gerhald Akosta adlı vətəndaşı yolda görüb və maşını saxlayaraq onu da avtomobilinə mindirib.

G.Akosta “İndependent” qəzetinə açıqlamasında işə getmək üçün 160 kilometrlik məsafəni yoldan keçən təsadüfi maşınlarla getdiyini deyib. Uruqvaylı kişi həmin gün heç bir maşının onu götürmədiyini deyib. Lakin saxlaması üçün əl etmədiyi maşın birdən onun yanında dayanıb. Maşında ölkə prezidentini və onun xanımını görən G.Akosta xeyli təəccüblənib. G.Akosta maşından düşərkən ona dəfələrlə təşəkkür etdiyini də deyib.

Qeyd edək ki, prezident Muxika maaşının 90 faizini xeyriyyə təşkilatlarına bağışlayır. Sadə həyat tərzi ilə məşhur olan Uruqvay prezidentinin “Volskwagen Beetle” markalı köhnə avtomobili var.
/musavat.com/
Facebook-da paylaş
Digər xəbərlər
Xəbərlər
Bütün xəbərlər
Ən çox oxunanlar

  • © 2020 Müəllif hüquqları qorunur.
  • Anaxeber.info-ın məlumatlarından istifadə etdikdə istinad və müvafiq keçidin qoyulması mütləqdir.