Ankarada Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğanınn kortejinin hərəkət etdiyi yolda 2 partlayıcı qurğu işə düşüb. Prezidentin 15 dəqiqə sonra keçəcəyi yolda ardıcıl iki partlayış baş verib. Bu barədə Today's Zaman nəşr məlumat yayıb.
Hadisə yerinəə gələn polis əməkdaşları daha bir partlayıcı aşkar ediblər. Sui-qəsd faktı ilə bağlı cinayət işinin açıldığı deyilir.
Lakin Türkiyə prezidentinin mətbuat xidmətinin yaydığı məlumatda sui-qəsd xəbəri təkzib edilir.
Xatırladaq ki, bu Ərdoğana qarşı ilk sui-qəsd hadisəsi deyil. 2013-cü ildə naməlum şəxslər o zaman baş nazir postunu tutan Ərdoğanın mühafizəçilərinə atəş açmışdılar. 2011-ci ildə isə onu kortejini müşayət edən polis avtomobili atəşə tutulmuşdu.
azadlıq.info