Azərbaycanlılarla maskalılar arasında kütləvi dava (VİDEO, FOTO)

3-02-2015, 10:56   
Azərbaycanlılarla maskalılar arasında kütləvi dava (VİDEO, FOTO)

Ukraynada azərbaycanlılarla Avromaydan fəalları arasında dava düşüb.

ANS PRESS-in Ukrayna saytlarına istinadla verdiyi məlumata görə, kütləvi dava ötən gün səhər saatlarında Odessada qeydə alınıb.

Şahidlərin sözlərinə görə, hadisə yerində 100-dən çox adam olub. Mübahisə kütləvi davaya çevrilib. Bir qrup azərbaycanlı Avromaydanın Odessa lideri olan Yevqenie Rezvuşkinanın avtomobilinin təkərlərini deşib.

Təkərləri tamamilə deşilən maşın Balkovski və Malovski küçələrinin kəsişməsindədir. Hadisə yerində çox sayda kamuflyajlı və maskada olan Maydan tərəfdarlarının da olduğu qeyd edilir.

Kütləvi davanın qarşısını almaq üçün hadisə yerinə milis xüsusi təyinatları gətirilib.

Vilayət üzrə daxili işlər idarəsinin mətbuat xidmətinin rəhbəri Vladimir Şablienkonun verdiyi məlumata görə, tərəflər münasibətlərinə aydınlıq gətirmək üçün toplaşıblar. Lakin vətəndaşların şikayətindən sonra adıçəkilən əraziyə milislər göndərilib və davanın qarşısı alınıb. "Heç kim saxlanılmayıb. 2 maşının təkərləri deşilib".

Azərbaycanlılarla Avromaydan tərəfdarları arasında mübahisənin səbəbləri hələ bəlli deyil.
Bəzi versiyalara görə, iki qrup arasında münaqişə uzun müddətdir davam edir. Bunun iş adamına hücumla bağlı ola biləcəyi istisna deyil.

Qeyd edək ki, bu hadisədən 5 gün əvvəl isə Odessada başqa bir Azərbaycan vətəndaşı, iş adamı R. Atakişiyev zorakılığa məruz qalıb. Şəhər kənarında R. Atakişiyevin avtomobilinin qarşısı kəsilib, maskalı və silahlı şəxslər maşından düşürərək onu huşu itənədək döyüblər və öldüyünü düşünüb, hadisə yerindən qaçıblar.
Facebook-da paylaş
Digər xəbərlər
Xəbərlər
Bütün xəbərlər
Ən çox oxunanlar

  • © 2020 Müəllif hüquqları qorunur.
  • Anaxeber.info-ın məlumatlarından istifadə etdikdə istinad və müvafiq keçidin qoyulması mütləqdir.