Dünya İŞİD cinsi azlığı - mavini vəhşiliklə edam edib.
ANS PRESS-in məlumatına görə, radikal qruplaşmanın iki gün əvvəl hündürmərtəbəli binanın damından atdığı kişinin cinsi azlıq olduğu bildirilir.
İnsanlığa sığımayan edam aktı İŞİD-in Suriyanın Təl Abad şəhərinin Rakka əyalətində həyata keçirilib. Silahlılar sözügedən şəhəri Azad Suriya Ordusundan alıblar və şəhər hazırda İŞİD-in nəzarətindədir.
Terrorçular Suriyada homoseksual münasibətlərə girməkdə günahlandırdıqları şəxsi camaatın gözü qarşısında edam ediblər. Edam həyata keçirilmədən əvvəl, terrorçular xalqı meydana yığaraq şəriət qaydalarına uyğun hökm çıxardıqlarını elan edirlər. Onlar günah işlədən hər kəsin mütləq cəzalandırılacaqlarını bildirirlər.
İŞİD üzvləri 50 yaşlı kişini gözləri bağlı halda əvvəlcə hündürmərtəbəli binanın damından aşağı atıblar. Yüksəklidən asfalta düşən kişinin sağ qaldığını görən kütlə onu daş-qalaq edib.
Xatırladaq ki, İŞİD yanvar ayında daha iki kişini yaşayış binasının damından aşağı ataraq öldürmüşdü. Digər iki nəfər isə homoseksual münasibətlərdə günahlandırıldığı elan edilərək camaatın gözü qabağında çarmıxa çəkilmişdi. Keçən ilin dekabr ayında isə səkiiz silahlının cinsi azlığı yüksək binanın damından aşağı atdığı zaman çəkilən fotolar yayılmışdı.
Təşkilat son dövrlərdə nəzarətə aldığı ərazilərdə müxtəlif edam aktları həyata keçirib. Bunlar arasında baş kəsmə, güllələnmə və günahlandırılan insanın yüksək binalardan atma kimi üsullardan istifadə edir.