Nusra cəbhəsi tərəfindən Suriyanın paytaxtı Dəməşqdə öldürülən Hizbullah təşkilatının 7 üzvünün son görüntüsü yayılıb.
Axar.az bildirir ki, müxaliflərə yaxınlığı ilə tanınan “all4syria.info” saytında yayımlanan görüntülərdə təşkilat üzvlərinin şiə mərasiminə qatıldığı əks olunub.
Xatırladaq ki, Nusra cəbhəsi üzvlərinin Dəməşqdə bir avtobusa quraşdırdığı bombanın partlaması nəticəsində Livan Hizbullahının 7 üzvü həlak olub. Hadisədən sonra təşkilat Tvitter sosial şəbəkəsinə məsuliyyəti öz üzərinə götürüb.
[media=https://www.youtube.com/watch?v=WgYkwrTSDs0]