Putinə sui-qəsd edən Dudayev batalyonunun komandiri oldu

3-02-2015, 14:59   

İsa Munayevin Donbasda həlak olmasından sonra Cövhər Dudayev adına çeçen batalyonuna Adam Osmayev rəhbər təyin olunub.

Axar.az xəbər verir ki, bu barədə batalyonun mətbuat katibi, Adam Osmayevin həyat yoldaşı Aminə Okuyeva məlumat verib.

“Hazırda Cövhər Dudayev adına batalyonuna rəhbərliyi İçkeriya Respublikası Silahlı Qüvvələrinin mayoru Adam Osmayev öz üzərinə götürüb”, - Okuyeva bildirib.

Okuyevanın sözlərinə görə, Munayevin tərəfdarları Ukrayna ordusunun tərkibində döyüşən batalyona onun adını vermək istəyirlər.

Qeyd edək ki, İsa Munayev fevralın 1-də Debaltsevo yaxınlığında gedən döyüşlər zamanı həlak olub.

Batalyonun indiki komandiri Adam Osmayev isə 2012-ci ildə Odessada binanın partladılmasında şübhəli bilinərək saxlanılmışdı. İstintaq zamanı onun başqa bir nəfərlə Rusiya Prezidenti Vladimir Putinə sui-qəsd hazırladığı üzə çıxmışdı.
Facebook-da paylaş
Digər xəbərlər
Xəbərlər
Bütün xəbərlər
Ən çox oxunanlar

  • © 2020 Müəllif hüquqları qorunur.
  • Anaxeber.info-ın məlumatlarından istifadə etdikdə istinad və müvafiq keçidin qoyulması mütləqdir.