İntiqam Əliyev elan edilən ittiham aktı üzrə özünü təqsirli bilməyib

3-02-2015, 17:19   
İntiqam Əliyev elan edilən ittiham aktı üzrə özünü təqsirli bilməyib
Fevralın 3-də Bakı Ağır Cinayətlər Məhkəməsində hakim Rasim Sadıqovun sədrliyi ilə həbsdə olan hüquq müdafiəçisi İntiqam Əliyevin işi üzrə məhkəmə prosesi keçirilib.

Musavat.com-un əməkdaşının məhkəmə salonundan verdiyi xəbərə görə, prosesdə hüquq müdafiəçisinin vəkillərinin yanında əyləşdirilməsinə dair vəsatəti təmin olunub.

Proses zamanı İntiqam Əliyevin səhhəti pisləşib və bu səbəbdən də saat 14.30-a qədər fasilə elan edilib. İntiqam Əliyevin məhkəməyə ağır şəraitdə gətirilməsi onun səhhətinə ciddi təsir edib. Hakim bununla bağlı Penitensiar Xidmətə müraciət olunacağını bildirib.

İntiqam Əliyevin məhkəmə prosesi fasilə bitdikdən sonra davam etdirilib. Prosesdə hüquq müdafiəçisinə qarşı ittiham aktı elan olunub. İntiqam Əliyev elan edilən ittiham aktı üzrə özünü təqsirli bilməyib.

Məhkəmə prosesi 17 fevral saat 11:00-a qədər təxirə salınıb. Belə ki, fevralın 17-də məhkəmə prosesi zərərçəkmişlərin ifadələri ilə davam etdiriləcək.

Qeyd edək ki, İ.Əliyev 2014-cü ilin avqust ayında həbs olunub. O, vergidən yayınma, vəzifə səlahiyyətindən sui-istifadə və qanunsuz sahibkarlıqda ittiham olunur.

Amnesty İnternational İ.Əliyevi ”vicdan məhbusu” kimi tanıyıb.

Musavat.com

Facebook-da paylaş
Digər xəbərlər
Xəbərlər
Bütün xəbərlər
Ən çox oxunanlar

  • © 2020 Müəllif hüquqları qorunur.
  • Anaxeber.info-ın məlumatlarından istifadə etdikdə istinad və müvafiq keçidin qoyulması mütləqdir.