Lamiyə Quliyevaya bəraət verildi - SENSASİYA

3-02-2015, 18:01   
Lamiyə Quliyevaya bəraət verildi - SENSASİYA
AzVision.az-ın əldə etdiyi eksklüziv məlumata görə, Azərbaycan Respublikası Ali Məhkəməsinin “01” oktyabr 2014-cü il tarixli Qərarı ilə Quliyeva Lamiyə Sahib qızına bəraət verilib.

Azərbaycan Respublikası Ali Məhkəməsinin Cinayət kollegiyası Quliyeva Lamiyə Sahib qızı tərəfindən Bakı Apellyasiya Məhkəməsinin 20 dekabr 2013-cü il tarixli hökmündən verilmiş kassasiya şikayətinə baxaraq, təmin edib.

Quliyeva Lamiyə Sahib qızının Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 182.1-ci maddəsi ilə təqsirli bilərək 6 il 6 ay müddətinə azadlıqdan məhrum etmə cəzasına məhkum edilməsinə dair Bakı Apellyasiya Məhkəməsinin 20 dekabr 2013-cü il tarixli hökmü ləğv edilib.
Facebook-da paylaş
Digər xəbərlər
Xəbərlər
Bütün xəbərlər
Ən çox oxunanlar

  • © 2020 Müəllif hüquqları qorunur.
  • Anaxeber.info-ın məlumatlarından istifadə etdikdə istinad və müvafiq keçidin qoyulması mütləqdir.