Obamanın evi mühasirədə

3-02-2015, 19:20   
Obamanın evi mühasirədə

Vaşinqtonda Ağ Evin ətrafı polis tərəfindən mühasirəyə alınıb.

ANS PRESS-in xarici mətbuata istinadən verdiyi məlumata görə, buna səbəb ABŞ prezidentinin iqamətgahının yanında yerləşən parkda şübhəli paketin aşkarlanması olub.

Hazırda hadisə yerində partlayış texnikası mütəxəssisləri işləyirlər.

Qeyd edək ki, bir qədər əvvəl Ağ Ev üzərində robot təyyarənin uçması Barak Obamanın iqamətgahında həyəcana səbəb olmuşdu. ABŞ prezidentinin mühafizəçiləri həmin robot-təyyarəni vuraraq yerə salmışdı.
Facebook-da paylaş
Digər xəbərlər
Xəbərlər
Bütün xəbərlər
Ən çox oxunanlar

  • © 2020 Müəllif hüquqları qorunur.
  • Anaxeber.info-ın məlumatlarından istifadə etdikdə istinad və müvafiq keçidin qoyulması mütləqdir.