Rusiyada Azərbaycan vətəndaşı 18 yaşlı tələbə qızı bıçaqlayaraq qətlə yetirib.
ANS PRESS-in məlumatına görə, hadisə Çelyabinsk vilayətində yataqxanada fevralın 2-i gecə saatlarında baş verib.
Belə ki, Başqırdıstan respbulikasından gələn tələbə qız həmin yataqxanada özünə otaq ayırıb. Gecə saatlarında onun yanına Azərbaycan vətəndaşı olan 21 yaşlı oğlan gəlir. Bir müddət söhbət etdikdən sonra oğlan mövzunu münasibətlərə gətirib. 21 yaşlı oğlan qızın ona xəyanət etdiyini deyib. Tərəflər arasında mübahisə düşüb.
Gənc oğlan mətbəxdən bıçağı götürərək qıza 12 zərbə endirib. Qız hadisə yerindəcə keçinib.
Polis Azərbaycan vətəndaşını saxlayıb. Faktla bağlı cinayət işi açılıb.