Rusiyanın Kursk vilayətində narkotik alveri ilə məşğul olan azərbaycanlılar həbs edilib.
“Qafqazinfo” ans press-ə istinadən xəbər verir ki, polis onlarda 12 kq narkotik maddə aşkarlayıb. 14 nəfərdən ibarət dəstə əsasən "spays" və digət psixotrop maddələrin satışı ilə məşğul olurmuş.
Beynəlxalq cinayətkar dəstənin 14 iştirakçısının hər birinin öz işi olub.
Müştəriləri tapmaq və onlarla əlaqəni aparmaq işinə Belorus vətəndaşı rəhbərlik edib. Narkotik maddələrin qablaşdırılması ilə azərbaycanlılar məşgul olub. Narkotik maddələrin satışı haqqında məlumatları öz internet səhifələrində Rusiya vətəndaşları yerləşdirirmiş.