[media=https://www.youtube.com/watch?v=6BIsUCQEv_8]
[media=https://www.youtube.com/watch?v=qeukyfbtmVw]
“TranAsia” hava yollarına məxsus ATR-72 tipli sərnişin təyyarəsi Tayvanın paytaxtı Taybeydə havaya qalxdıqdan az sonra körpüyə çırpılıb. Axar.az-ın BBC-yə istinadən verdiyi xəbərə görə, təyyarədə olan 58 nəfərdən azı 9 nəfəri ölüb. Hazırda təyyarənin içində sıxışıb qalaraq yardım gözləyənlər var. Xatırladaq ki, ötən ilin iyulunda “TranAsia” şirkətinə məxsus sərnişin təyyarəsinin Penqhu arxipelaqı yaxınlığında fırtınaya düşməsi səbəbindən 48 nəfər həlak olmuşdu.