İŞİD pilotu niyə yandırdığını açıqladı

4-02-2015, 15:39   
İŞİD pilotu niyə yandırdığını açıqladı
Musavat.com-un məlumatına görə, İŞİD-in pilotu yandırmağı dindarlar arasında da müzakirələrə səbəb olub. İŞİD açıqlamada bildirib ki, Hz. Məhəmmədin bir hədisində “Allahdan başqa heç kim atəşlə əzab verə bilməz” deyilir. İŞİD-in açıqlamasına görə bu əmr deyil, sadəcə olaraq təvazö üçün söylənilib.

Xalid ibn Vəlidin də bir nəfəri yandıraraq öldürdüyünü qeyd edən İŞİD adam yandırmağın haram olmadığını iddia edərək deyib: “Bir insan normal şərtlərdə yandırılmalı deyil amma vəziyyətə görə yandırıla bilər”.

Qeyd edək ki, İŞİD İordaniyalı pilotu yandırdığı görüntüləri internetdə yayıb. Videoda görünür ki, pilot yandırılmadan əvvəl dua edir. İŞİD-in bu vəhşiliyi beynəlxalq mətbuatda ciddi tənqidlərə yol açıb.
Facebook-da paylaş
Digər xəbərlər
Xəbərlər
Bütün xəbərlər
Ən çox oxunanlar

  • © 2020 Müəllif hüquqları qorunur.
  • Anaxeber.info-ın məlumatlarından istifadə etdikdə istinad və müvafiq keçidin qoyulması mütləqdir.