Qadının əri və kəndlilər yarım tonluq timsahdan belə qisas aldı
Uqandada bir neçə ay öncə bir qadın çayda paltar yuyarkən timsah hücumuna məruz qalıb. Kyoqa gölündə timsah hamilə olan Demeteriya Nabire adlı qadını yemişdi.
Timsahın hücumundan sonra qadının qalıqları belə qalmayıb.
ANS PRESS-in BBC-yə istinadla verdiyi məlumata görə, o timsah 4 ay sonra geri qayıdıb. Təsadüfən bu zaman o Nabirenin ərinin qarşısına çıxıb.
Mübarək Batambuze kəndlilərin köməyi ilə nəhəng heyvanı yaxalayaraq həyat yoldaşı və doğulmamış körpəsinin qisasını alıb.
Kəndlilərin dəyənəklərlə ilk hücumu uğursuz olub. 50 yaşlı kişi 5 dollar müqabilində mizraqla timsahı öldürə bilib. Heyvanla kəndlilərin mübarizəsi 2 saata yaxın davam edib.
"O mənim arvadımı və övladımı yedi. Həmin gün bütüm dünyam yıxıldı".
Öldürülən və yarılan 4 metrlik timsahın mədəsindən ayaq sümüyü çıxıb.
Qeyd edək ki, timsahın çəkisi yarım tondan çox olub.