Hadisə vaxtı evdə körpə uşaqlar olub
Bakının Nərimanov rayonunda törədilmiş dəhşətli qətlin detalları hüquq-mühafizə orqanlarının da əməkdaşlarını şoka salıb. Lent.az-ın vesti.az-a istinadən məlumatına görə, dünən Çəmənzəminli küçəsində baş vermiş hadisə yerinə gələnlər 33 yaşlı Qurban Kazımovun həyat yoldaşına etdiklərindən dəhşətə gəliblər. O, arvadının yalnız başını deyil, cinsiyyət orqanını da kəsib. Sonra isə arvadının qaşlarına yapışdırıb.
Bütün bunlar evdə iki azyaşlı uşaq ola-ola baş verib. Q.Kazımov uşaqları qonşu otaqda çarpayıya bağlayıb. Sonra isə keçmiş arvadını amansızlıqla qətlə yetirib.
Bildirilir ki, cinayətə səbəb 28 yaşlı N.M-in davranışı olub. Cütlük məhkəmə yolu ilə rəsmən ayrılsa da, onlar elə məhkəmənin qərarı ilə bir mənzildə yaşayıblar.
Dindirilmə zamanı Q.Kazımov deyib edib ki, qonşuların onun keçmiş arvadının davranışına dair ikimənalı atmacalarından bezib. Fevral ayının 2-də gecə saatlarında evə gələrək o, keçmiş həyat yoldaşı ilə mübahisə edib. O, hələ də bir evdə yaşadıqları üçün N.M-dən özünü buna uyğun aparmasını tələb edib. Qadın isə cavab olaraq azad olduğunu, istədiyi kimi davranmaq ixtiyarında olduğunu bildirib. Nəticədə özündən çıxan Q.Kazımov belə bir cinayət törədib.
*****
10:09
Bakı şəhərinin Nərimanov rayonunda dəhşətli qətl törədilib. Lent.az-ın məlumatına görə, Y.V.Çəmənzəminli küçəsi 106, mənzil 44-də kirayədə yaşayan 1987-ci il təvəllüdlü Nuranə Məmmədova (ad və soyad şərtidir) keçmiş həyat yoldaşı, 1982-ci il təvəllüdlü Kazımov Qurban Əflatun oğlu tərəfindən amansızlıqla öldürülüb. Çoxsaylı kəsilmiş-deşilmiş xəsarətlər alan 28 yaşlı qadın hadisə yerindəcə keçinib. Q.Kazımov hadisəni törətdikdən sonra bıçaqla öz bilək damarlarını kəsib. İntihar etmək istəyən 33 yaşlı kişinin həyatını xilas etmək mümkün olub. O, xəstəxanaya yerləşdirilib.
Faktla bağlı Cinayət Məcəlləsinin 120.1 (qəsdən adam öldürmə) və 125-ci (özünü öldürmə həddinə çatdırma) maddələri ilə iş başlanılıb.