Məhbus Lamiyyə Quliyevanın həbsxanada uşaq dünyaya gətirməsi bir neçə gündür mətbuatın gündəmini zəbt edib. Uşağın atasının adının kimliyi ətrafinda gedən söz-söhbətlər hələ də davam edir. Amma bu arada Lamiyyə Quliyevanin öz uşağına qoyduğu ad bəlli olub. Bizimxeber.az-a daxil olan məlumata görə, L. Quliyeva oğluna atasının adını – Sahib qoyub.
Qeyd edək ki, L, Quliyeva Şəmkirin sabiq icra başçısı Aslan Aslanovun oğlu Ruslan Aslanovu qətlə yetirdiyi üçün 10 il həbs cəzası alıb. Həbsxanada olduğu zamanlarda isə bir neçə cinayət əməlinə görə, bir neçə dəfə cəzası artırılıb.
Bizimxeber.az