Öldürülən prokuror prezidenti həbs etmək istəyirmiş

4-02-2015, 20:53   
Öldürülən prokuror prezidenti həbs etmək istəyirmiş

Öldürülən prokuror Alberto Nisman ölkə prezidenti və xarici işlər nazirinin həbs edilməsinə nail olmaq istəyirdi.

ANS PRESS-in məlumatına görə, bunu argentinalı prokurorun ölümünü araşdıran müstəntiq bildirib.

Argentinalı prokuror Alberto Nisman yanvarın 18-dən 19-a keçən gecə başından silah yarası ilə öz evində ölü tapılıb. Buna bir neçə gün qalmış o, prezidenti və xarici işlər nazirini yəhudi mədəniyyət mərkəzində partlayış hadisəsini araşdırmağa mane olmaqda ittiham etmişdi.

Prokuror iddia edirdi ki, onda telefon danışıqlarının səs yazısı var. Həmin danışıqlarda hakimiyyətdə olan adamlardan biri Argentina üçün sərfəli ola biləcək danışıqlar aparırdı. Həmin danışıqlarda "neft əvəzinə taxıl tədarükü" müzakirə edilirdi. Gizli razılaşmanın şərtlərindən biri də Argentinanın axtardığı və terror hadisəsində günahlandırılan 5 iranlının məsuliyyətdən azad edilməsi olub.

Qeyd edək ki, öldürülməsindən bir gün sonra prokuror Alberto Nisman milli konqresdə əlində olan dəlilləri təqdim etməli idi.
Facebook-da paylaş
Digər xəbərlər
Xəbərlər
Bütün xəbərlər
Ən çox oxunanlar

  • © 2020 Müəllif hüquqları qorunur.
  • Anaxeber.info-ın məlumatlarından istifadə etdikdə istinad və müvafiq keçidin qoyulması mütləqdir.