Bir qrup Ucar sakini rayon Polis İdarəsinin qarşısında aksiya keçirib.
Arqument.az xəbər verir ki, bu barədə Taleh Xasməmmədov "Facebook" hesabında məlumat yayıb.
O bildirib ki, aksiyaya səbəb Ucar rayon Polis İdarəsinin rəisi Tahir Quliyevin qohumu, Narkotik Ticarətinə qarşı Mübarizə bölməsinin rəisi Eldəniz İsmayılovun sakinləri təhqir etməsi olub: "Aksiyadan sonra Eldəniz Quliyev vəzifəsindən azad edilib, 15 nəfər aksiya iştirakçısı həbs edilib".
Saytın əməkdaşı Ucar rayon Polis İdarəsindən hadisə ilə bağlı açıqlama almaq istəsə də, bu barədə danışmaq istəməyiblər.