Əmir topladıqları 1 milyon dollar "zəkat"ı toplayaraq qaçıb
İŞİD terrorçularına öz əmirindən tələ. ANS PRESS-in məlumatına görə, misirli cihadçı İŞİD-ı soyub.
Suriya və İraqda nəzarəti ələ keçirdikləri torpaqlarda dəhşət saçan terrorçu qruplaşmanın üzvlərindən biri topladıqları xəracları oğurlayaraq Türkiyəyə qaçıb.
Misir vətəndaşı Əbu Ubeyda Əl Masri terror təşkilatının "Suriyadakı zəkat qolundan məsul əmiri" kimi tanınıb. Əbu Ubeydə Suriyanın Deyrizor şəhərində İŞİD-ın nəzarətindəki torpaqlardan "zəkat" adı altında xərac toplayıb.
Əl Masrinin oğurladığı pulun 1 milyon dollara yaxın olduğu deyilir.
Misirdə yayımlanan "El Masri El Youm" qəzeti bu hadisədən sonra terror təşkilatı misirli cihadçıların təşkilata qəbul edilməməsi haqqında qərar verdiyini yazıb.
Suriya mətbuat mərkəzi Əbu Ubeydənin İŞİD-dan qaçan ilk rəsmi şəxs olmadığını açıqlayıb. Belə ki, bir müddət İŞİD-ın Suriyadakı qazılarından biri də qaçıb. Terror təşkilatı ötən ay qaçmaq istəyən 100 əcnəbi döyüşçüsünü öldürmüşdü.
Mənbə
ANS PRESS