Məhkəmə zalında qətllə bağlı yeni xəbər (VİDEO)

5-02-2015, 12:55   
Məhkəmə zalında qətllə bağlı yeni xəbər (VİDEO)
Baş Prokurorluq müttəhimi zərər çəkən şəxs öldürdüyünü bildirir
Baş Prokurorluq məhkəmədə müttəhimin öldürülməsil əlaqədar məlumat yayılıb. Baş Prokurorluğun mətbuat xidmətindən ANS PRESS-ə verilən məlumata görə, müttəhimi zərər çəkən şəxs öldürüb.

Belə ki, hadisə fevralın 4-də Balakən rayon məhkəməsində Qullar kənd sakini Məhəmməd İlham oğlu Xanpəriyevin məhkəməsi gedərkən baş verib. Məhkəmədə zərərçəkmiş şəxslərdən biri Elşən Etibar oğlu Xipiyev üstündə gəzdirdiyi bıçaqla M.Xanpəriyevi qəsdən öldürmək məqsədi ilə ona çoxsaylı xəsarətlər yetirib. Həkimlərin müdaxiləsinə baxmayaraq yaralı ölüb.

Qeyd edək ki, Məhəmməd İlham oğlu Xanpəriyev Cinayət Məcəlləsinin 128-ci maddəsi ilə təqsirləndirilirdi.

Fakta görə rayon prokurorluğunda Cinayət Məcəlləsinin 120.1-ci (qəsdən adam öldürmə) maddəsi ilə cinayət işi başlanaraq müvafiq ekspertizalar təyin edilib.

E.Xipiyev şübhəli şəxs qismində tutularaq istintaqa cəlb edilib.

Hazırda iş üzrə istintaq davam etdirilir.
[media=https://www.youtube.com/watch?v=DPp3wL2rELE]
Facebook-da paylaş
Digər xəbərlər
Xəbərlər
Bütün xəbərlər
Ən çox oxunanlar

  • © 2020 Müəllif hüquqları qorunur.
  • Anaxeber.info-ın məlumatlarından istifadə etdikdə istinad və müvafiq keçidin qoyulması mütləqdir.