Yəmən "əl-Qaidə"sinin lideri Haris ən- Nəzari öldürülüb.
Avropa.info ərəb mətbuatına istinadən xəbər verir ki, Haris ən - Nəzarinin, yanvarın 31-də keçirilən hava hücumu nəticəsində həyatını itirdiyi bildirilib.
Qeyd edək ki, Yəmən "əl-Qaidə"sinin rəhbəri Haris ən- Nəzari, Fransada satira jurnalı "Çarli Hebdo"ya təşkil olunan hücumu üzərinə götürmüş və internetdən yayımlanan videoda bunu təsdiq etmişdi.