Erməni ailəsini qətlə yetirən rus hərbçi psix çıxardılır

5-02-2015, 16:41   
Erməni ailəsini qətlə yetirən rus hərbçi psix çıxardılır
Ermənistanda bir ailənin 7 üzvünü öldürməkdə təqsirli bilinən rusiyalı hərbçi Valeriy Permyakovun Çitada hərbi xidmətdə olarkən bir aydan artıq hərbi-klinik hospitalın psixiatriya bölməsində müalicə aldığı üzə çıxıb.

“Lifenews”un verdiyi məlumata görə, həkimlər əsgərə ciddi davranış pozuntusu diaqnozu qoyublar.
Məlum olub ki, V. Permyakov 2014-cü ilin 15 may tarixində hərbi xidmətə göndərilib və dekabrın 3-dək Çita şəhərində yerləşən hərbi hissələrin birində olub. İlin sonunda onun Gümrü hərbi bazasına göndərilməsi ilə bağlı qərar verilib, lakin yerli əməkdaşlar Permyakovun çağırışdan dərhal sonra hospitalın psixiatriya bölməsinə yerləşdirildiyi faktını gizlədiblər. Həmin şəxslər cinayətə səbəb ola biləcək laqeydlikdə ittiham olunurlar.
Zabaykalye vilayəti hərbi komissarlığın Baley şəhəri üzrə rəisi Aleksandr Loqinovski və hərbi hissənin komandiri Yevgeni Sotskov artıq istintaqa cəlb olunublar. Hərbi komissar psixoloji problemi olan şəxsin hərbi xidmətə çağırılmasında ittiham olunur.(APA)
Facebook-da paylaş
Digər xəbərlər
Xəbərlər
Bütün xəbərlər
Ən çox oxunanlar

  • © 2020 Müəllif hüquqları qorunur.
  • Anaxeber.info-ın məlumatlarından istifadə etdikdə istinad və müvafiq keçidin qoyulması mütləqdir.