Edam videoları "Youtube" videoservisində yer almayacaq
"Google" İŞİD terror qruplaşmasının təşviqat materiallarının tabeliyindəki saytlardan yayılmasına imkan verməyəcək.
ANS PRESS-in məlumatına görə, bundan sonra İŞİD-in qorxunc edam videoları "Youtube" videoservisində yer almayacaq.
Bu məqsədlə şirkət ərəb dilini bilən yeni əməkdaşları da cəlb edib.
Qeyd edək ki, "Youtube" səlahiyyətliləri saytın istifadəçilərinin paylaşdıqları videoları daha əvvəl nəzarətdən keçirmirlər. Uyğun olmayan videolar isə saytın istifadəçiləri tərəfindən gələn şikayətlər əsasında araşdırılaraq aradan qaldırılır.
Mənbə
ANS PRESS