Azərbaycanda sosial şəbəkədə söyüşdü, bıçaqlandı

5-02-2015, 21:05   
Azərbaycanda sosial şəbəkədə söyüşdü, bıçaqlandı
Lənkəran rayonun Göyşaban kənd sakini 23 yaşlı Elmar Quliyev bu gün günorta saatlarında işlədiyi dəmirçi sexinə yaxın ərazidə naməlum şəraitdə bıçaqlanıb.

ANS PRESS-in məlumatına görə, çoxsaylı bıçaq zərbələrindən müxtəlif dərəcəli bədən xəsarətləri alan yaralı ətrafdakıların köməyi ilə Lənkəran rayon mərkəzi xəstəxanasına çatdırılıb və dərhal cərrahi əməliyyata götürülüb.

Həkim cərrah Kamran Kitabovun sözlərinə görə, xəstə 3 bıçaq zərbəsi alıb: "Vəziyyəti ağır olduğundan əməliyyat bloka götürüldü. Xəstə əməliyyat olundu.Vəziyyəti ağır olaraq reanimasiya şöbəsinə verilib”.

Zərərçəkənin yaxınları hadisənin hansı zəmində baş verməsindən xəbərsiz olduqlarını deyirlər.

Zərərçəkənin atası Şamil Quliyev bildirdi ki, hadisə barədə heç bir məlumatı yoxdur: "Niyə vurulub, nə səbəbə vurulub, özüm də bilmirəm. 2 nəfər onu gətirib bura, ola bilər onlar görüb”.

Baş verən hadisə ilə bağlı Lənkəran rayon polis şöbəsində şübhəli şəxs qismində hələlik saxlanılan olmadığı bildirilib. İlkin məlumata görə Elmar sosial şəbəkədə kimlərinsə ünvanına söyüş söyməsi səbəbindən bıçaqlanıb.
Facebook-da paylaş
Digər xəbərlər
Xəbərlər
Bütün xəbərlər
Ən çox oxunanlar

  • © 2020 Müəllif hüquqları qorunur.
  • Anaxeber.info-ın məlumatlarından istifadə etdikdə istinad və müvafiq keçidin qoyulması mütləqdir.