Rusiyanın paytaxtı Moskva şəhərində erməni “qanuni oğru” tutulub.
ANS PRESS-in məlumatına görə, Rusiya Daxili İşlər Nazirliyinin əməkdaşalrının keçirdiyi əməliyyat zamanı kriminal aləmdə “Ayko Astraxanski” ləqəbli “qanuni oğru” 31 yaşlı Qayk Sarkisyan tutulub.
Axtarış zamanı onun üzərindən 2,87 qram heroin tapılıb. Bu da külli miqdarda narkotik vasitə sayılır. Rusiya Cinayət Məcəlləsilə belə şəxsləri 3 ildən 10 ilə qədər azadlıqdan məhrum edilmə cəzası gözləyir.
Qeyd edək ki, əvvəllər dəfələrlə oğurluğa görə həbs edilən Qayk Sarkisyan ötən ilin iyun ayında titul alıb. Onun titul almasını həmvətənləri Alo, Afo, Samo, Konço, Jiro və Artyoma dəstəkləyib.