Bakıda ana və qızını intihara sövq edən şəxs həbs edildi

6-02-2015, 22:51   


Ailənin başçısı barədə həbs qətimkan tədbiri seçilib.

Bakıda 6 ay öncə ana və qızının intihar etməsi ilə bağlı ailə başçısı həbs olunub.


APA-nın məlumatına görə, avqustun 12-də Yasamal rayonu, Yeni Yasamal, ev 10, mənzil 107-də yaşayan 1968-ci il təvəllüdlü Kifayət Vəli qızı Fərzəliyeva və onun qızı, 1997-ci il təvəllüdlü Yeganə Fərzəliyeva özlərini 9-cu mərtəbədən ataraq öldürülməsi faktı ilə bağlı Yasamal Rayon Prokurorluğunun müstəntiqi Fuad Əhmədov tərəfindən Cinayət Məcəlləsinin 125-ci (özünü öldürmə həddinə çatdırma) maddəsi ilə cinayət işi başlanılaraq ibtidai istintaq aparılıb.


İbtidai istintaq zamanı müəyyən olunub ki, avqustun 9-da ailənin kiçik qızı Aytən Fərzəliyeva yaşadığı ünvandan qaçıb. İbtidai istintaq zamanı A. Fərzəliyeva tapılıb.


Bu gün həmin cinayət işi üzrə ailənin başçısı Fərzəliyev Asəf Fərzəli oğlu Cinayət Məcəlləsinin 125-ci (özünü öldürmə həddinə çatdırma) maddəsi ilə Yasamal Rayon Prokuorluğunun müstəntiqi Fuad Əhmədov tərəfindən təqsirləndirilən şəxs qismində cəlb edilərək barəsində Yasamal Rayon Məhkəməsinin qərarı ilə həbs qətimkan tədbiri seçilib.
Facebook-da paylaş
Digər xəbərlər
Xəbərlər
Bütün xəbərlər
Ən çox oxunanlar

  • © 2020 Müəllif hüquqları qorunur.
  • Anaxeber.info-ın məlumatlarından istifadə etdikdə istinad və müvafiq keçidin qoyulması mütləqdir.