Səddam Hüseynin edam edildiyi kəndir rekord qiymətə satılır

7-02-2015, 21:51   
Səddam Hüseynin edam edildiyi kəndir rekord qiymətə satılır

İraqın öldürülən prezidenti Səddam Hüseyn edam edilərkən istifadə edilən kəndir hərraca çıxarılıb.

ANS PRESS-in məlumatına görə, hazırda bu kəndirin 7 milyon qiyməti var.

7 milyonu İraqın Milli Təhlükəsizlik müşavri Mutaffak əl Rubayi təklif edib. Məhz əl Rubayi Səddamı edam yerinə aparıb.

The Daily Mail-in yazdığına görə, kəndirin alınması üstündə əməlli-başlı "müharibə" gedir. Auksionda 2 küveytli biznesmen, İsraildan varlı ailə və İran dini təşkilatının nümayəndəsi iştirak edir.

Qeyd edək ki, Səddam Hüseyn 2003-cü ilin aprelində ABŞ ordusunun hücumları nəticəsində devrilib. Səddam isə dekabr ayına qədər gizlənə bilmişdi. 2006-cı ildə o, insanlığa qarşı cinayət törətməkdə təqsirli bilinərək 30 dekabr 2006-cı ildə edam edilib.
Facebook-da paylaş
Digər xəbərlər
Xəbərlər
Bütün xəbərlər
Ən çox oxunanlar

  • © 2020 Müəllif hüquqları qorunur.
  • Anaxeber.info-ın məlumatlarından istifadə etdikdə istinad və müvafiq keçidin qoyulması mütləqdir.