Ağcabədi rayonunda orta məktəb müəllimi özünü asıb. ANS PRESS-in verdiyi məlumata görə, hadisə dünən axşam saatlarında Ağcabədi şəhərinin Sərdar Bünyadov küçəsində qeydə alınıb.
Həmin ünvanda yaşayan 1977-ci il təvəllüdlü Ramil Ədil oğlu Ağayevin asılmış meyiti aşkar edilib. Araşdırmalar zamanı onun intihar etdiyi məlum olub.
Yaxınlarının verdiyi məlumata görə, Ramil Ağayevin banklara külli miqdarda kredit borcu varmış.
Qeyd edək ki, R.Ağayev rayonda yerləşən 8 saylı orta məktəbdə idman müəllim işləyirmiş. Faktla bağlı cinayət işi başlanıb, araşdırma aparılır.