Hollandiya polisi Haarlem şəhərində maraqlı bir narkotik əməliyyatı reallaşdırıb. Ətrafdakı binaların damında qar olduğu halda bir binanın damında qar olmaması hüquq mühafizə orqanlarının diqqətini çəkib.
Modern.az xarici KİV-ə istinadən xəbər verir ki, narkotik maddə olan çətənə kolu becərilərkən isti hava və işığa ehtiyac duyulduğunu bilən polislər evə basqın edib. Şübhələrində yanılmayan hüquq mühafizə orqanları evdə qeyri-qanuni şəkildə çətənə kolunun yetişdirildiyinin şahidi olub.
Hollandiya polisi daha sonra bu evin fotoşəkilini bir sosial şəbəkədə paylaşaraq bu qeydləri verib:
“Əgər qonşunuzun damında qar yoxdursa və qonşunuzun çətənə kolu yetişdirdiyini düşünürsünüzsə, bizə anonim şəkildə bildirin”.
Polisin bu paylaşımı ictimai mediada böyük əks-sədaya səbəb olub.