Bakıda əxlaqsızlıq yuvası olan otel iş başında - Özəl

8-02-2015, 14:24   

Bakıda əxlaqsızlıq yuvası aşkarlanan məşhur otel fəaliyyətini davam etdirir.

Axar.az-ın əməkdaşı “İron” otelinə müştəri qismində zəng edərək qiymətlərlə maraqlanıb.

Müxbirimizə bildirilib ki, iki nəfərlik bir otaqda gecələmək 60-80 manat arasında dəyişir. Bu, otaqlardakı komfortdan asılıdır və səhər yeməyi də daxildir.

Beləliklə, məlum olub ki, otel fəaliyyətini davam etdirir.

Qeyd edək ki, Binəqədi rayon Polis İdarəsinin Cinayət axtarış şöbəsinin ötən gün apardığı əməliyyat tədbirləri nəticəsində bu oteldə əxlaqsızlıqla məşğul olan 10 nəfərdən çox qadın saxlanılıb.

Otel rəhbərliyinin məsuliyyətə cəlb olunacağı gözlənilir. Faktla bağlı araşdırmalar aparılır.
Facebook-da paylaş
Digər xəbərlər
Xəbərlər
Bütün xəbərlər
Ən çox oxunanlar

  • © 2020 Müəllif hüquqları qorunur.
  • Anaxeber.info-ın məlumatlarından istifadə etdikdə istinad və müvafiq keçidin qoyulması mütləqdir.