Qadın olmaq istəyən çempion paparazzilərin güdazına getdi: 1 ölü, 7 yaralı - FOTO

8-02-2015, 18:13   

Yüngül atletika üzrə olimpiya çempionu Bryus Cenner paparazzilərin təqibindən qaçarkən avtomobil qəzasına düşüb.

Anspress-in məlumatına görə, hadisə nəticəsində 1 qadın ölüb, 7 nəfər isə xəstəxanaya aparılıb.

Keçmiş idmançının maşınını əz azı 5 paparazzi təqib edirmiş və məhz onun avtomobili qəzaya səbəb olub. Ümumilikdə 4 avtomobilin qəzaya düşdüyü bildirilir. Qəza yerindən çəkilən şəkillərdə Bryus Cennerin özünün xəsarət almadığı görünür.

Qeyd edək ki, Bryus Cenner bir müddət pornoulduz Kim Kardaşyanın anası Kris Cenner ilə evli olub. O həm də yüngül atletika üzrə keçmiş olimpiya çempionudur. Cenner 1976-cı ildə Monrealda olimpiya oyunları zamanı onnövçülük üzrə dünya rekordunun sahibi olub. Son zamanlar 65 yaşlı idmançının adının hallanmasına səbəb onun mətbuata qadın olmaq istədiyini bəyan etməsi olub. Cenner bunun üçün bir neçə cərrahiyyə əməliyyatı etdirib, indi isə hormonal müalicə alır.

Milil.Az


Facebook-da paylaş
Digər xəbərlər
Xəbərlər
Bütün xəbərlər
Ən çox oxunanlar

  • © 2020 Müəllif hüquqları qorunur.
  • Anaxeber.info-ın məlumatlarından istifadə etdikdə istinad və müvafiq keçidin qoyulması mütləqdir.