5 mafiya üzvü edam edildi

9-02-2015, 09:58   
5 mafiya üzvü edam edildi


Çində fəaliyyət göstərən mafiyalardan birinin beş üzvü ötən gün ölkənin Xubey əyalətində edam edilib.

Axar.az xəbər verir ki, Ali Xalq Məhkəməsinin qərarı ilə verilən edam hökmündə təqsirləndirilənlərdən ikisi qardaş olub.

Xatırladaq ki, ötən ilin mayında 34 şəxs mafiya ilə əlaqədə şübhəli bilinərək həbs olunmuşdu.

Bildirək ki, öldürülən şəxslərdən Liu Xan və Lui Vei qardaşları Çinin cənub-qərbində yerləşən Siçuan əyalətinin ən böyük özəl müəssisələrindən biri olan “Hanlong Group”un idarə heyətinin sədri olub. Onlar elektrik, enerji, maliyyə, dağ-mədən, daşınmaz əmlak və qiymətli kağızlar sənayesində fəaliyyət göstərən şirkətləri idarə edib.
Facebook-da paylaş
Digər xəbərlər
Xəbərlər
Bütün xəbərlər
Ən çox oxunanlar

  • © 2020 Müəllif hüquqları qorunur.
  • Anaxeber.info-ın məlumatlarından istifadə etdikdə istinad və müvafiq keçidin qoyulması mütləqdir.