Azərbaycanda 17 yaşlı oğlan qoşulub qaçan bacısını boğdu

9-02-2015, 12:30   
Azərbaycanda 17 yaşlı oğlan qoşulub qaçan bacısını boğdu
20 yaşlı Nəzakət Şahbazova evli kişi ilə birlikdə yaşayıb
Bədrə rayonuna ailə faciəsi baş verib. 17 yaşlı oğlan özündən böyük bacısını əli ilə boğaraq qətlə yetirib. Bərdə rayon prokurorunun köməkçisi Şamil Paşayevin ANS PRESS-ə verdiyi məlumata görə, hadisə dünən saat 21 radələrində baş verib.

Belə ki, 1998-ci il təvəllüdlü M.A. Bərdə şəhər Elçin Əsədov küçəsində kirayədə yaşayan bacısının evinə gedib. Oğlan 20 yaşlı Nəzakət Elxan qızı Şahbazovanı qolu ilə boğub öldürüb.

Məlumat daxil olan kimi hadisə yerinə hüquq-mühafizə orqanarının əməkdaşları cəlb olunub. Polisin keçirdiyi əməliyyat nəticəsində bacısını öldürən oğlan tutulub.

O, polisə verdiyi ifadəsində bacısını qısqanclıq zəmnində öldürdüyünü bildirib.

Qeyd edək ki, Nəzakət Şahbazova evli bir kişi ilə qoşulub qaçıb. O, həmin kişi ilə qeyri-rəsmi ər-arvad münasibətində olub.

Faktla bağlı Cinayət Məcəlləsinin 120.1-ci maddəsilə cinayət işi başlanıb, araşdırma aparılır.

Mənbə
ANS PRESS
Facebook-da paylaş
Digər xəbərlər
Xəbərlər
Bütün xəbərlər
Ən çox oxunanlar

  • © 2020 Müəllif hüquqları qorunur.
  • Anaxeber.info-ın məlumatlarından istifadə etdikdə istinad və müvafiq keçidin qoyulması mütləqdir.