Azərbaycanın Saatlı rayonunda da zəlzələ baş verib.
"Trend" AMEA Respublika Seysmoloji Xidmət Mərkəzinin saytına istinadən bildirir ki, zəlzələ ocağının dərinliyi 16 km, zəlzələnin maqnitudası 3,1 olub.
* * * 09:53
Bu səhər Kürdəmir rayonunda zəlzələ baş verib.
ANS PRESS-in AMEA Seysmoloji Xidmət Mərkəzinə istinadən verdiyi məlumata görə, yeraltı təkanlar yerli vaxtla saat 05.12-də Kürdəmirdən 15 km cənubda qeydə alınıb.
İlkin məlumata görə, yeraltı təkanlar episentrdə 4 bala qədər hiss olunub.
Təbii fəlakət yerin 40 km dərinliyində meydana gəlib.
Yeraltı təkanlar yerli sakinlər tərəfindən hiss olunub.