Aslan Aslanov biabır oldu: daha bir saxtakarlıq üzə çıxdı

9-02-2015, 13:38   
Aslan Aslanov biabır oldu: daha bir saxtakarlıq üzə çıxdı
“Guya Ərəstun Cavadov deyib ki, külək hansı tərəfə əsirsə, mən də o tərəfə dönürəm. Həmçinin guya Ərəstun müəllim deyib ki, bu məsələ ilə bağlı mənim konkret olaraq mövqeyim yoxdur. Ancaq məsələ ondadır ki, Ərəstun müəllim belə söz deməyib”.

Axar.az xəbər verir ki, bu sözləri millət vəkili Zahid Oruc deputat həmkarı, Mərkəzi Univermağın rəhbəri Ərəstun Cavadovun “Lamiyə işi” ilə bağlı məsələyə münasibət bildirərkən onun adını hallandırmasına cavab olaraq deyib.

“Ərəstun müəllimlə bu gün danışdım, o, belə bir söz dediyini və ümumiyyətlə, kiməsə müsahibə verdiyini qətiyyətlə təkziblədi. Bu, bir portalın kimdənsə nəyinsə müqabilində yazdığı bir şeydir. Mən sadəcə Aslan Aslanov haqqında yox, eyni zamanda, Lamiyə haqqında, onun azad olunması haqqında yazı yazmışam”.

Z.Oruc bildirdi ki, kimlərsə bu məsələdən sui-istifadə edir:

“Ərəstun müəllim qətiyyətlə belə bir fikir bildirmədiyini dedi. Bildirdi ki, bu, onun adından yazılmış yalan və böhtandır”.

Xatırladaq ki, ötən gün Lamiyənin ailəsinə təzyiq etməkdə adı hallanan Aslan Aslanovun müdafiəsi ilə bağlı mediada daha bir yazı yayılmışdı. Millət vəkili Ə.Orucovun adından yayılan müsahibədə A.Aslanov müdafiə olunur, parlamentdə çıxış edib Lamiyə Quliyeva olayına hüquqi qiymət verilməsi üçün hüquq-mühafizə orqanlarına çağırış edən Z.Oruc tənqid olunur və o, mövqeyi olmayan, küləyin əsdiyi istiqamətdə əyilən bir siyasətçi kimi təqdim edilirdi.

Xüsusilə vurğulayaq ki, iki gün öncə də mediada Lamiyə Quliyevanın anasının adından müsahibə yayılmışdı. Ulduz Quliyeva (halbuki Lamiyənin anasının adı Kifayət Quliyevadır) kimi təqdim olunan ananın müsahibəsi təkzib olundu. K.Quliyeva Musavat.com-a geniş müsahibəsində onun adından yayılmış bu müsahibəni Aslan Aslanovun təşkil etdiyini açıqladı.

Maraqlıdır ki, müsahibə və açıqlamanı qeyri-ciddi saytlar yayır və nəticəsi biabırçı olur. Artıq heç kəsə sirr deyil ki, Aslan Aslanov qeyri-ciddi saytlarla hansısa əməkdaşlıq formasında Lamiyənin anasının və millət vəkilinin adından yalan yazdırıb.

Qeyd edək ki, az öncə də Aslan Aslanova yaxın şəxslər Lamiyə Quliyevanın 12 il əvvəlki məhkəməsinin stenoqramını mediaya ötürmüş və mövqe kimi işıqlandırılmasını istəmişdilər. Axar.az olaraq həmin mövqeyi işıqlandırarkən məlumatı mediaya verən mənbənin A.Aslanova yaxın olduğu barədə qeyd vermişdik.
Facebook-da paylaş
Digər xəbərlər
Xəbərlər
Bütün xəbərlər
Ən çox oxunanlar

  • © 2020 Müəllif hüquqları qorunur.
  • Anaxeber.info-ın məlumatlarından istifadə etdikdə istinad və müvafiq keçidin qoyulması mütləqdir.