Ermənistanda qadın 9 yaşlı oğlunu döyüb və sonra yandırıb.
APA-nın “Novosti Armenii” saytına istinadə verdiyi məlumata görə, hadisə İrəvanda baş verib.
Xəstəxanaya çatdırılan uşaq dərhal əməliyyat olunub. Hazırda reanimasiyada olan uşağın vəziyyəti ağır kimi qiymətləndirilir.
Həkimlərin sözlərinə görə, ana oğlunu döydükdən sonra üzərinə benzin töküb və yandırıb.