Azərbaycanda polisin saxladığı sürücü niyə özünə bıçaqladı?

9-02-2015, 18:53   
Azərbaycanda polisin saxladığı sürücü niyə özünə bıçaqladı?
Sürücünün özünə xəsarət yetirməsi ilə bağlı araşdırmalara başlanılıb
Zaqatala rayonunda sürücünün özünə xəsarət yetirməsi ilə bağlı araşdırmalara başlanılıb.

Baş Prokurorluğun mətbuat xidmətindən ANS PRESS-ə verilən məlumata görə, fevralın 8-də saat 19 radələrində Daxili İşlər Nazirliyinin Baş Dövlət Yol Polis İdarəsinin Yol Patrul Xidməti alayının Zaqatala rayonu ərazisində yerləşən postunda saxlanılan Bakı şəhər sakini, 1986-cı il təvəllüdlü Nəbiyev Emil Rafiq oğlunun idarə etdiyi “Daewoo” markalı avtomobilin salonuna baxış keçirilərkən polietilen torbada qurudulmuş halda çəkisi 160 qram olan narkotik vasitə - marixuanaya bənzər kütlə aşkar olunaraq götürülüb.

E.Nəbiyev məsuliyyətdən yaxa qurtarmaq məqsədi ilə qaçmağa cəhd göstərərkən üzərində gəzdirdiyi bıçaqla özünün qarın nahiyəsinə kəsilmiş-deşilmiş yara ilə müşayiət olunan xəsarət yetirib. O tibbi yardım göstərilməsi üçün Zaqatala Mərkəzi rayon xəstəxanasına yerləşdirilib və üzərində cərrahiyyə əməliyyatı aparılıb.

Hazırda E.Nəbiyevin idarə etdiyi avtomobilin salonundan narkotik vasitə aşkar olunması faktı üzrə Zaqatala rayon Polis Şöbəsinin Təhqiqat Qrupunda araşdırma aparılır. Eyni zamanda, E.Nəbiyevin özünə bıçaqla xəsarət yetirməsi faktı ilə bağlı rayon prokurorluğunda araşdırmalar davam etdirilir.
Mənbə
ANS PRESS
Facebook-da paylaş
Digər xəbərlər
Xəbərlər
Bütün xəbərlər
Ən çox oxunanlar

  • © 2020 Müəllif hüquqları qorunur.
  • Anaxeber.info-ın məlumatlarından istifadə etdikdə istinad və müvafiq keçidin qoyulması mütləqdir.